ABŞ-ı Yaxın Şərqə heç kim dəvət etməyib - Rusiya

ABŞ-ı Yaxın Şərqə heç kim dəvət etməyib - Rusiya

ABŞ-dan fərqli olaraq Rusiya Suriya rəhbərliyinin dəvəti əsasında burada mövcudluğunu saxlayır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski jurnalistlərə açıqlamasında deyib. O, ABŞ-ın Rusiyanın Yaxın Şərqdən qovulmasıyla bağlı bəyanatının abırsızlıq və təkəbbürlülük olduğunu bildirib:

“Rusiya Suriya rəhbərliyinin dəvəti əsasında bu ölkədədir. Belə şeyləri ABŞ haqqında demək olmaz. ABŞ-ı nə Suriya, nə İraqa, nə Liviyaya heç kim dəvət etməyib”.

Qeyd edək ki, bundan öncə ABŞ dövlət katibinin köməkçisi Devid Şenker Rusiyanın Yaxın Şərqdən qovulması gərəkdiyini bildirmişdi.

Mənbə: axar.az