Paşinyan: İtirəcək heç nəyimiz qalmadı

Paşinyan: İtirəcək heç nəyimiz qalmadı

Hazırda islahat aparmaq üçün ən uyğun andır. Bizim iqtisadi baxımdan artıq itirəcək heç nəyimiz qalmadı.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Biz əvvəllər iqtisadi artım, aktivlik və gəlirlərə diqqətimizi cəmləmişdik. İndi daha itirəcək heç nəyimiz yoxdur. Bugünkü günümüzü itirmişik, sabahı düşünmək lazımdır”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın onsuz da gərgin olan iqtisadi durumu pandemiya səbəbindən ən ağır günlərini yaşayır.

Mənbə: axar.az