Zərif Trampa müraciət etdi: "Müşavirləriniz axmaqcasına qumar oynadılar"

Zərif Trampa müraciət etdi: "Müşavirləriniz axmaqcasına qumar oynadılar"

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ prezidenti Donald Trampa müraciət edib.

Cavad Zərif "Twitter" hesabında Donald Trampın tvitinə cavab olaraq bildirib ki, bu günə qədər işdən çıxarılan müşavirləriniz axmaqcasına qumar oynayıblar:
"Biz sizin ətrafdakılarınızın əksinə olaraq humanist mübadilənin reallaşmasına çalışdıq. Siz prezident olarkən bir müqavilə imzaladıq. İran və BMT Təhlükəsizlik Şurasının digər üzvləri heç vaxt masadan ayrılmadılar. Bu günə qədər işdən çıxarılan müşavirlərinizin çoxu axmaqca qumar oynayıblar. Bu səhvi düzəltmək istəyi sizə aiddir".

Qeyd edək ki, Donald Tramp bir tvitində Maykl Uaytın sərbəst buraxılmasına görə İrana təşəkkürünü bildirib:

"Bu ilin payızında ABŞ-da keçiriləcək prezident seçkilərində mütləq qalib gələcəm. İran növbəti hökumətin yeni razılığa gəlməsini gözləməməlidir".

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org