Ermənistan MTX-nin İstintaq Departamentinin rəisi niyə uzaqlaşdı?

Ermənistan MTX-nin İstintaq Departamentinin rəisi niyə uzaqlaşdı?

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentinin rəisi Artur Ağacanyanın vəzifədən azad olunması ətrafında ehtiraslar səngimir və bu azad olunma hekayəsi məlum olub. İlk öncə qeyd edək ki, Ağacanyan vəzifədən azad olunma ərizəsini mayın 12-də təqdim edib, lakin bu barədə rəsmi şəkildə yalnız mayın 19-da məlumat verilib.

Onun işdən çıxma ərizəsini Ermənistan Dövlət Nəzarət Xidmətinin rəhbəri vəzifəsinin keçmiş müvəqqəti əvəzedicisi Arqişti Kyaramyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini təyin olunmasından sonra təqdim etməsi maraqlıdır.

Məsələ burasındadır ki, əslində Artur Ağacanyan və Arqişti Kyaramyan arasında sonuncu hələ Ermənistan Dövlət Nəzarət Xidmətində işləyəndə şəxsi konflikt olub və Ağacanyan bu strukturda Kyaramyanla işləmək istəməyib.

Bundan əlavə, məhz həmin günlərdə məlum olub ki, böyük məbləğdə rüşvət aldığına görə ittiham olunan Ermənistan DNX-nin keçmiş sədri Qaqik Xaçatryanın oğlu Qurqen Xaçatryan hüquq-mühafizə orqanlarından gizlənir və bu günə qədər onu tapa bilmirlər.

Ağacanyanın uzaqlaşması da Qaqik Xaçatryanın oğlunun axtarışda olması ilə əlaqəli olub. Belə desək, Xaçatryanın uzaqlaşmasını Ağacanyan üzərində sındırmağa çalışırlar.

 

Mənbə: ordu.az