Zelenski xarici kəşfiyyata yeni rəhbər təyin etdi

Zelenski xarici kəşfiyyata yeni rəhbər təyin etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Valeri Yevdokimovu vəzifəsindən azad edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin rəsmi saytında yer alıb.

Zelenski xarici kəşfiyyata Prezident Administrasiyasının sədrinin eks-müavini Valeri Kondratyuku təyin edib.

Qeyd edək ki, Kondratyuk ehtiyatda olan general-leytenantdır. O, 2014-2015-ci illərdə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin əkskəşfiyyat departamentinə rəhbərlik edib. 2015-ci ildə isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə rəhbər gətirilib.

Mənbə: axar.az