Bolqarıstan MiQ-29-larının bir hissəsini satmaq niyyətindədir

Bolqarıstan MiQ-29-larının bir hissəsini satmaq niyyətindədir

Bolqarıstan Sovet istehsalı MiQ-29 qırıcılarının bir hissəsini satmağa çalışacaq. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Krasimir Karakaçanov məlumat verib.

Qeyd olunur ki, Bolqarıstan bu yaxınlarda ABŞ istehsalı olan F-16 qırıcılarının satın alınması üçün 1,2 milyard dollarlıq razılaşma əldə edib. F-16 qırıcıları MiQ-29-ları əvəz etmək üçün alınacaq.

Bolqarıstanda MiQ-29-lar 30 ildən çoxdur xidmətdədir. İndiyə kimi bu qırıcılardan ikisi qəzaya uğrayıb. Hal-hazırda, ölkədə 14 MiQ-29 qırıcısı var.

Karakaçanov 8 ədəd F-16 təyyarələrinin gəlməsi ilə MiQ-29-lara ehtiyac qalmayacağını bildirib.

Bundan başqa Müdafiə naziri bildirib ki, Bolqarıstan müdafiə büdcəsini azaltmayacaq və iki yeni patrul kateri və 150 zirehli texnikanın alınmasına davam edəcək.

 

Mənbə: ordu.az