Yunanıstan Türkiyəni müharibə ilə təhdid etdi

Yunanıstan Türkiyəni müharibə ilə təhdid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yunanıstanın Müdafiə naziri Nikos Panaqiotopoulos Türkiyəni yenidən təhdid edən açıqlama verib.

O, açıqlamasında bildirib ki, Yunanıstana qarşı Türkiyə hansısa provakasiya edərsə adekvat cavab veriləcək.

"Türkiyəyə hərbi cavab da daxil olmaqla suverenliyimizi qorumaq üçün hər şeyi edəcəyik. Biz hər şeyə hazırlıqlıyıq", - deyə Nikos Panaqiotopoulos diqqətə çatdırıb.

Nikos Panaqiotopoulos qeyd edib ki, Türkiyə son günlər Yunanıstana qarşı gərginliyi artıran hərəkətlərə yol verir.

Qeyd edək ki, Türkiyə hökuməti yunanıstanlı nazirə hələ ki cavab verməyib

Mənbə: eastnews.org