Fransanın xaricdəki 18 minlik ordusu hansı ölkə və bazalarda yerləşir? – ARAŞDIRMA

Fransanın  xaricdəki 18 minlik ordusu hansı ölkə və bazalarda yerləşir? – ARAŞDIRMA

Fransanın 18 mindən çox əsgərinin xaricdə xidmət etdiyi açıqlanıb.

Cebhe.info xəbər verir ki, Fransa Baş Qərargahının 1 iyun tarixində yayımladığı qrafikə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı qüvvələri daxilində 720, Avropa İttifaqı (Aİ) daxilində 140, NATO-da isə 400 fransız əsgəri mövcuddur.

Fransanın xarici əraziləri arasında Yeni Kaledoniyada 450 min, Fransız Polineziyasında 900, Quyanada 2 min 100, Mayotte, La Reunion adalarında 700 min və Fransanın Antil bölgəsində 1000 əsgəri var.

Bu ölkənin İraq və Suriyada isə 600 əsgəri var.

Fransanın Afrikada da əhəmiyyətli hərbi qüvvəyə malikdir. Belə ki, 2014-cü ildə Sahel bölgəsində başlanan “Barkxana” əməliyyatı çərçivəsində 5 100 Fransa əsgəri Mavritaniya, Mali, Burkina Faso, Niger, Çad bölgələrində xidmət edir.

Ölkənin Afrikadakı ən önəmli bazalarından biri olan Cibutidə 2010-cu ildə açılan hərbi bazada 1450 hava qüvvələri var.

2010-cu ildə Seneqaldakı hərbi bazasını bağlayan Fransa, paytaxt Dakardakı Dakar-Senqhor hərbi hava limanında hələ 350 hava qüvvəsi var.

Fil Dişi Sahilinin paytaxtı Abidjandakı Fransa hərbi bazasında 900 fransız əsgəri çalışır.

Qabonda 350 və Birləşmiş Ərəb Əmirliklərində 650 fransız əsgəri var. Fransa Hərbi Dəniz Qüvvələrinin 500 hərbçisi Şimali Atlantika, Fars körfəzi və Qvineya körfəzində fəaliyyət göstərir. Beləliklə, ölkənin xaricdə saxladığı qoşunların sayı 18 mindən çoxdur.

Əsgərlərinin ölüm sayının artmasına, xaricdə saxladığı əsgərlər xəzinəyə gündə 1 milyon avrodan çox əlavə yük olamsına və təhlükəsizlik probleminin həllində xüsusi bir müvəffəqiyyət əldə etməməsinə baxmayaraq, Fransa Afrikadakı hərbi mövcudluğunu davam etdirməkdən əl çəkmir. Hətta Fransa Prezidenti Emmanuel Makron, Sahel bölgəsindəki 5 ölkəni Fransanın uzaq sərhədləri olaraq gördüklərini bildirib.

Mənbə: cebhe.info