Paşinyanın hökuməti dövləti asfalta yapışdırıb - Spartak Seyranyan

Paşinyan hakimiyyəti savadsızdır və tam fiaskoya uğrayıb. Bu sözləri “Daşnaksütyun” partiyasının üzvü Spartak Seyranyan öz Facebook səhifəsində yazıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Onun fikrincə, Paşinyan hökuməti dövləti asfalta yapışdırıb.

“Bu hökumət açıq şəkildə fəaliyyətsizliyi ilə yadda qaldı və gördükləri işlər tamamilə uğursuz oldu. Ölkənin və insanların problemlərini həll etmək əvəzinə, hər gün yeni problemlər yaradır” deyə Spartak Seyranyan bildirib.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da atışma 7 nəfər öldü

SONRAKI XƏBƏR

Liviya müharibəsində Türkiyə qalib gəlir: General Haftar mövqelərini sürətlə itirir - TƏHLİL