“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”

“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”

Son vaxtlar Ermənistanınsadəcə Qarabağ cəbhəsində deyil, Azərbaycan-Ermənistan təmas xəttində, xüsusilədə Qazax rayonu istqiamətində atəşkəsi mütəmadi surətdə pozması, yeni təxribatlaracəhd etməsi müşahidə edilir. Bəzi politoloqlar hesab edir ki, düşmən atəşkəsi məhzAzərbaycan-Ermənistan sərhəddində pozmaqla ölkəmizi təxribata çəkmək, onunqarşılıq verməsinə nail olmaq və bununla da KTMT-nin proseslərə müdaxiləsinə zəminyaratmağa çalışır.

Bəs əslində necə,KTMT-nin Azərbaycan-Ermənistan təmas xəttindəki hərbi qarşıdurmaya müdaxiləsiehtimalı varmı?

Moderator.az-a açıqlamaverən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu qənaəti bölüşmədiyinivurğuladı:

“Hesab edirəm ki, bu məsələyəheç kim, xüsusilə də KTMT üzvləri qarışmayacaq. Onlar dəfələrlə bəyan ediblərki, bu məsələyə müdaxilə etməyəcəklər. Ona görə də KTMT-nin bu məsələyə müdaxiləedə biləcəyi ilə bağlı səslənən mülahizələri yersiz fikirlər hesab edirəm”.

T.Zülfüqarov indiki məqamdaQarabağ cəbhəsində hərbi əməliyyatların bərpası ehtimalının da yüksək olduğunuvurğuladı:

“Hazırda hərbi əməliyyatlarınbərpası ehtimalı çox yüksəkdir. Bunun səbəbləri çoxdur. Ermənilər Azərbaycanaqarşı təxribatlarını davam etdirir. Əslində bu təxribatlar Azərbaycanınictimai rəyinə yönəldilib. Şuşadakı şou və s. kimi addımlar bu qəbildən olan təxribatlardır.Hesab edirəm ki, indiki situasiyada hərbi əməliyyatların bərpası çox real görsənir”.

Mənbə: moderator.az