Eldar Əzizovun İcra başçısı olan kürəkəni bayram tədbirlərinə 122 min manat xərcləyəcək

Eldar Əzizovun İcra başçısı olan kürəkəni bayram tədbirlərinə 122 min manat xərcləyəcək

Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi "Ekol Kind" MMC olub.

"Ekol Kind" MMC Yevlax Şəhər İcra Hakimiyyətinin keçirmək istədiyi bayram tədbirlərini təşkil edəcək və tender şərtlərində göstərilən işlərin həyata keçirilməsi üçün İcra Hakimiyyətindən 122 min 719 manat alacaq.

Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayından Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Anar Aqil oğlu Tağıyev Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Mənbə: www.yeniavaz.com