Pentaqon ordu əsgərlərini paytaxt Vaşinqtondan çıxarır

Pentaqon ordu əsgərlərini paytaxt Vaşinqtondan çıxarır

VAŞİNQTON – Pentaqon paytaxt Vaşinqtonda etirazlara görə səfərbər edilmiş aktiv xidmətdə olan hərbi qulluqçuların yerdə qalan 900 nəfərini şəhərdən çıxaracaq. ABŞ rəsmisi qüvvələrin öz bazalarına tezliklə qayıdacaqlarını bildirib.

Adının açıqlanmasını istəməyən rəsmi əmrin Müdafiə Naziri Mark Esper tərəfindən imzalandığını bildirib. Onun sözlərinə görə, qoşunlar Şimali Karolinada Fort Bragg və Nyu Yorkda Fort Drum hərbi bazalarına qayıdacaq.

Qoşunlar paytaxt ərazisində olduqları zaman şəhər küçələrinə yeridilməmiş və hər ehtimala qarşı əmrə hazır vəziyyətdə saxlanmışdılar.

ABŞ-da etirazlara nəzarət etmək üçün Milli Qvardiyanın çağrıldığı məkanlar

Mənbə: www.amerikaninsesi.org