Azərbaycan məmurlarının xaricdəki əmlakı ölkəyə qaytarıla bilərmi - qanunvericilik və ekspert rəyləri

Beynəlxalq və yerli media araşdırmalarına görə, Azərbaycanda yüksək vəzifəli bir çox məmurun xarici ölkələrdə qanunsuz yollarla qazanılmış pullar hesabına alınmış çoxsaylı mülkləri və əmlakları var. Prezident İlham Əliyev ölkədə korrupsiya hallarına qarşı amansız mübarizənin davam etdiriləcəyini bildirib. Milli Məclis isə xarici ölkələrdə qanunsuz yollarla əldə edilmiş əmlak və mülklərin qaytarılması ilə bağlı qanunvericiliyə dəyişiklikləri müzakirəyə çıxarıb.

Azərbaycan Milli Məclisi iyunun 5-də keçirlənnövbədənkənar sessiyasının plenar iclasında Cinayət-Prosessual Məcəlləsinə xarici ölklələrdəkı əmlakın müsadirəsi ilə bağlı yeni əlavənin edilməsinə səs verib.

2 milyon dollara alınmış ev -sənədi araşdırmaçı jurnalist Cavanşir Hsəsnli dərc edib Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədi ilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.

Məcəlləyə təklif olunan dəyişikliklə xarici ölkədə yerləşən əmlakın müsadirə olunması proseduru müəyyən edilir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinə yeni əlavə olunur. Məcəlləyə təklif olunan dəyişiklikdə qeyd edilib ki, xarici ölkədə yerləşən əmlakın müsadirə olunması barədə Azərbaycanda çıxarılmış hökm və ya digər yekun qərar qanuni qüvvəyə mindiyi tarixdən beş gün müddətində icra olunmalıdır. Əmlakın hüquqi yardım çərçivəsində xarici ölkədə müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılmasının təmin olunması məqsədilə cinayət işi üzrə bütün materiallarla birlikdə Baş Prokurorluğa göndərilir. Baş Prokurorluq xarici ölkədə yerləşən əmlakın müsadirə edilməsi və həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədi ilə Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tələb olunan zəruri tədbirləri görməlidir.

Məcəlləyə dəyişikliklərin 2020-ci il iyulun1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Xarici ölkələrdəki çoxmilyonluq əmlaklar barədə bəzi faklar

Bu günlərdə Guardian.com saytı yazıb ki, Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlaka malikdir.

Məqalədə deyilir ki, Azərbaycanın keçmiş Milli Təhlükəsizlik nazirinin uşaqları Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə ediblər. Aparılan təhqiqat nəticəsində məlum olub ki, bura Londonda 21 milyon dollara alınmış ev də daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu 2015-ci ildə işdən azad edib. Bununla bağlı hər hansı səbəb göstərilməyib.

Eldar Mahmudovun ailəsi təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası qurub.

Guardian.com-da gedən yazıda qeyd edilir ki, 2019-cu ilin noyabr ayında hakerlər tərəfindən Kayman Milli Bankından çıxarılmış və daha sonra internetdə dərc olunmuş müştəri faylları göstərir ki, Mahmudovun ailəsi təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası qurub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi, “Finance Uncovered” jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatının birgə araşdırması nəticəsində məlum olub ki, bu əmlakın demək olar hamısı Mahmudovun oğlu 36 yaşlı Anar və qızı 31 yaşlı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər vasitəsilə əldə edilib.

Bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Puul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Araşdırmanın nəticələrinə görə, bu əmlakın dəyəri 16,7 milyon dollar ətrafındadır. Təhqiqat nəticəsində Londonun bahalı Naytsbric rayonunda təqribən 21,4 milyon dollara satın alınmış dördmərtəbəli binanın da Anar Mahmudova məxsus olduğu aşkarlanıb.

2018-ci ildə Anar Mahmudovun Londonda yaşayan qaynanası Zamira Hacıyevanın 10 il ərzində bahalı “Harrods” dükanında 21 milyon dollardan artıq pul xərclədiyi məlum olmuşdu.

Məhkəmə Hacıyevanın pullarının mənbəyini göstərməli olduğu haqda hökm çıxarmış, Hacıyeva isə bu hökmə etiraz etmişdi. Bu ilin fevralında onun bu etirazı rədd edilib. O, Britaniyada mənbəyi göstərilməyən sərvət haqda çıxarılmış ilk hökmün (UWO) hədəfinə çevrilib.

Bununla yanaşı, mayın 23-də Britaniyada məhkəmə Evening Standard qəzetinə adları çəkilməyən ər-arvad tərəfindən “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilmiş azı 14 milyon funt sterlinq (17 milyon dollar) pulla bağlı məhkəmə materiallarına giriş verib.

2018-ci ildə Anar Mahmudovun Londonda yaşayan qaynanası Zamira Hacıyevanın 10 il ərzində bahalı “Harrods” dükanında 21 milyon dollardan artıq pul xərclədiyi məlum olmuşdu.

Hakim Emma Arbutnot məxfi sənədlərə giriş verərkən deyib ki, qəzet “çox mühüm bir material” hazırlayır.

Bu sənədlər məhkəməyə sözü gedən ər-arvada dair “çirkli pul” iddialarını araşdıran Britaniya Milli Cinayət Agentliyi (MCA) tərəfindən təqdim olunub.

Xanım Arbutnotun sözlərinə görə, söhbət MCA-nin Londonda yaşayan cütlüyün dondurulmuş bank hesablarındakı vəsaitin “beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına” dair iddialarından gedir.

Hakim bildirib ki, “bu pulların 'Azərbaycan pulyuyuan maşın' kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur”.

Onun sözlərinə görə, bu sxemdən hakim elitanın Qərbdə daşınmaz və başqa əmlak alması üçün istifadə olunur.

Məhkəmə sənədlərindən bəlli olur ki, bu təhqiqat çərçivəsində Danimarkadakı bank hesabları barədə informasiya üçün də sorğular verilib.

MCA iddialar barədə sənədləri məhkəməyə təqdim etməklə ondan ər və arvada məxsus 10-dək bank hesabının dondurulması üçün order istəmişdi.

Məhkəmə sənədlərində ərin və arvadın adları şərti olaraq X və Y kimi göstərilib. Bununla belə, hakim ər-arvadın kimliyi ilə bağlı bildirib ki, onların məxfiliyi “prosesin yalnız ilkin mərhələsində” saxlanacaq. Hakim əlavə edib ki, X Azərbaycanın yüksək vəzifəli hökumət rəsmisinə bağlıdır.

Hökmdə deyilir ki, sözü gedən cütlüyə qarşı şübhənin əsasını onların 21 şirkətdən 13 milyon 897 min 280 funt sterlinq alması təşkil edir. Bu 21 şirkətin arasında “Azərbaycan pulyuyan maşınına” bağlı olan bir neçə şirkətlər də var.

Hökmdə deyilir ki, sözü gedən cütlüyə qarşı şübhənin əsasını onların 21 şirkətdən 13 milyon 897 min 280 funt sterlinq alması təşkil edir. Bu 21 şirkətin arasında “Azərbaycan pulyuyan maşınına” bağlı olan bir neçə şirkətlər də var.

Hökmdə qeyd olunur ki, “Danimarkada 21 şirkətlə bağlı bank sənədlərinə”, habelə Beliz, Marşal adaları və Seyşeldəki şirkətlərin “mənfəətdar sahibliyinə” dair təhqiqat hələ davam edir.

Evening Standard yazır ki, “Azərbaycan pulyuyan maşını” kimi tanınan sxemlə mənşəyi Azərbaycan olan 2.2 milyard funt strerlinq (2.7 milyard dollar) vəsait 2012-2014-cü illər arasında Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsi ilə “oğurlanıb”.

Bu puldan Britaniya, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstanda daşınmaz əmlak və başqa bahalı malların alınması üçün istifadə olunub. Bunların mənfəətdarlarının Azərbaycan elitasının üzvləri və bir sıra Avropa siyasətçiləri olduğu aşkarlanıb.

X və Y-ə qarşı istifadə olunan Hesabın Dondurulması Orderi (The Account Freezing Order) 2017-ci il tarixli Maliyyə Cinayətləri Qanunu əsasında qəbul olunub.

Ölkənin hüquq-mühafizə orqanları üç il bundan əvvəl qəbul olunmuş bu qanunu Britaniyaya çirkli pulların gətirilməsi cinayətinə qarşı qüdrətli alət hesab edirlər.

Britaniyanın Transparency International UK təşkilatının direktoru Dankan Heyms sözügedən məhkəmə qərarını alqışlayıb və deyib ki, ictimaiyyət hesabların dondurulması qanununun necə icra olunması barədə məlumat almaq haqqına malikdir.

Eüyni zamanda, beynəlxalq və yerli araşdırmaçı jurnalistlər Azərbaycanın yüksək vəzifəli məmurlarının dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Türkiyə, Çexiya, həmçinin Rusiyada çoxmilyonluq mülklərə və əmlaka malik olması barədə araşırma yazıları ilə çıxış edib. Azərbaycanın müxalifət partiyaları araşdırma yazılarında dərc olunan faktların araşdırlması ilə bağlı Baş Prokurorluğa müraciətlər göndərsə də hələ bu sahədə araşdırmaların aparılıb-aparılmaması ilə bağlı ictimaiyyətə məlumat verilməyib.

İlham Əliyev

İlham Əliyev: Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək?

Prezident İlham Əliyev yeni təyin etdiyi baş prokuor Kamran Əliyevlə mayın 1-də video formatında keçirdiyi görüşü zamanı deyib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir.

Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin.

Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır.

“Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.”

Dövlət başçısı bildirib ki, adlarını sadaladığı rayonlarda səhiyyə, təhsil, mədəniyyət sahəsində kütləvi şəkildə vətəndaşlardan, valideynlərdən, hər məktəb direktorundan pul yığılıb.

“Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Haqq da, xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur. Eyni zamanda, mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir. Ona görə prokurorluq orqanları bu işdə ön sıralarda olmalıdır və qanunun aliliyini təmin etməlidir.”

Əliyev bəyan edib ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq.

“Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, - hələ bu siqnallar araşdırılır, - vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək,” o qeyd edib.

Fuad Ağayev: Təkcə Azərbaycan tərəfinin qəbul etdiyi qanun kifayət deyil

Vəkil Fuad Ağayev Milli Məclisin müzakirəyə çıxardığı sənədi müsbət qarşılayır.

Embed share

Xaricdəki vəsaitləri qaytarmaq üçün qanunvericilik bəs etmir

by VOA Embed share The code has been copied to your clipboard. The URL has been copied to your clipboard Facebookda bölüş Twitterdə bölüş

No media source currently available

0:00 0:03:34 0:00 Pop-out player

ğ“Azərbaycanın ümumilikdə belə hüquq normalarına ehtiyacı var. Cinayət Prossesual Məcəlləsinə düzəliş zəruridir. Ancaq bu qanunvericilik hansı səviyyədə həyata keçirilir? Bu hüquq normaları nə dərəcədə keyfiyyətli olacaq?Nə dərcədə aydın ifadə ediləcək? O cümlədən, Azərbaycanın qonşuları, digər dövlətlər üçün nə dərəcədə aydın ifadə edilib? Bunu hələ deyə bilmərəm,”hüquqşünas sənədlə hələ tanış olmadığını və yalnız medianın məlumatlarına istinad etdiyini bildirib.

Azərbaycanda son 20-25 ildə çoxsaylı qanunvericlik aktları qəbul edilib.

“Onların mütləq əksəriyyətinin keyfiyyəti o qədər də yüksək deyil.”

Fuad Ağayev

Azərbaycandan qanunsuz yollarla çıxarılmış pulların, o cümlədən ölkədə qanunsuz yollarla qazanılmış çirkli pulların hesabına xaricdə alınmış əmlaklara gəlincə, Ağayev deyib ki, məsələn, Böyük Britaniya və Şimali İrlandiya Krallığında alınmış əmlakın satışından əldə ediləcək vəsaitin geri qaytarılması üçün təkcə Azərbaycan tərəfinin qəbul etdiyi qanunlar kifayət deyil.

“Burada ilk növbədə dövlətlərarası münasibətlərdən, dövlətlərarası hüquqi yardım məsələlərindən söhbət gedir. Bu sahədə Xarici İşlər Nazirliyi ciddi iş aparmalıdır. Həmçinin hüquq mühafizə orqanları, ö cümlədən Baş Prokurorluq tərəfindən müvafiq işlər aparılmalıdır. Amma, bu işlərin kifayət qədər keyfiyyətli aparılacağına mənim inamım yoxdur,” o Amerikanın Səsinə bildirib.

Arif Hacılı: Yeni qanun monopoliyanın güclənməsinə xidmət edəcəksə fəsadları üstünlüklərindən çox olacaq

Xaricdəki qanunsuz mülklərin və əmlakın ölkəyə qaytarılması barədə müxalifətin fikrinə gəlincə, Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə deyib ki, Azərbaycanda hüququn aliliyi prinsipinə hörmətlə yanaşan bir hakimiyyət olsa, bu dəyişikliyi birmənalı olaraq müsbət dəyişiklik kimi dəyərləndirmək olardı.

Təəssüf ki, indiki hüquqi nihilizm dövründə bu dəyişiklikdən necə istifadə olunacağını müəyyən etmək çətindir.

“Ölkədən qeyri-qanuni yolla çıxarılmış vəsaitlərin ölkəyə qaytarılması təqdir edilməlidir. Təəssüf ki, indiki hüquqi nihilizm dövründə bu dəyişiklikdən necə istifadə olunacağını müəyyən etmək çətindir. Əgər bu qanun hakimiyyətdə olanların siyasi rəqiblərinə qarşı istifadə olunacaqsa, iqtisadi sahələr üzərində monopoliyanın güclənməsinə xidmət edəcəksə fəsadları üstünlüklərindən çox olacaq,” Hacılı qeyd edib.

Aslan Ismayılov: İmkanı olan, pulu olan hər bir məmurun xaricdə əmlakı, biznesi olmasına şübhə etmirəm

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov qanunvericiliyə yeni əlavəni təqdir edir.

“Əlbəttə təqdir edirəm. Ancaq onun reallaşması çox çətin olacaq. Ən azından bunun icra olunması üçün dövlətlərarası hüquqi yardım haqqında müqavilə olmalıdır. Çox təəssüf ki, məhz inkişaf etmiş ölkələrlə belə müqavilələr yox dərəcəsindədir.”

Aslan İsmayılov

Hüquqşünas ölkədən qanunsuz yollarla vəsaitləri çıxaran məmurlara qarşı cinayət işlərinin qaldırlacağına inana bilmir.

“Ancaq, jurnalistlərin apardığı araşdırmalarla bağlı hüquqi müstəvidə araşdırmaların aparılmasını vacib sayıram.”

Bu mübarizənin effektli olması üçün birinci növbədə gəlir bəyannaməsi işlək olmalıdır, yəni qəbul olunmuş qərar icra olunmalıdır.

İsmayılov ölkədən qanunsuz yollarla nə qədər vəsaitin çxarılmasını təxmin edə bilmir.

“Ölkədən nə qədər vəsait çıxarıldığını deyə bilmərəm. İnanmıram ki, bu rəqəmi kimsə dəqiq bilsin. İmkanı olan, pulu olan hər bir məmurun xaricdə əmlakı, biznesi olmasına şübhə etmirəm.”

Hüquqşünas ölkədən qanunsnuz yollarla pul çıxarmaqda adları keçən məmurlar barəsində indiyədək cinayət işinin qaldırılmamasına da münasibət bildirib.

“Bunu istəyin olmaması ilə əlaqələndirirəm. Bu mübarizənin effektli olması üçün birinci növbədə gəlir bəyannaməsi işlək olmalıdır, yəni qəbul olunmuş qərar icra olunmalıdır,” Ismayılov qeyd edib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Dünyaya Baxış - 5 iyun 2020

SONRAKI XƏBƏR

FACEL - VEGA