Tvitter Trampın videosunu blokladı

Tvitter Trampın videosunu blokladı

Tvitter sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi qərargahının aksiyalarla bağlı videosunu müəllif haqlarının pozulmasına görə bloklayıb.

Axar.az xəbər verir ki, “TeamTrump” hesabında yayımlanan videonun yerində isə göndərilən müraciətə cavab olaraq videonun silinməsi ilə bağlı mətn yer alıb.

Lakin videonun hələ də Yutub, İnstaqram və Feysbukda qaldığı bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Tramp sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı sərəncam imzalamışdı. Tramp bununla bağlı açıqlamasında xüsusən Tvitterin fəaliyyətinin dayandırılacağını istisna etməmişdi.

Mənbə: axar.az