İran prezidenti: Koronavirus pandemiyasının nə vaxt bitəcəyi məlum deyil

İran prezidenti: Koronavirus pandemiyasının nə vaxt bitəcəyi məlum deyil

Həsən Ruhani ölkədə yoluxma sayının yüksək rəqəmlərlə davam etdiyini bildirib və vurğulayıb ki, bu pandemiya hələ çox çəkəcək və onun bitən zamanı da dəqiq məlum deyil...

“Koronavirus pandemiyası hələ çox çəkəcək. Onun bitəcək zamanı məlum deyil”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani ölkənin koronavirusa qarşı mübarizə mərkəzində etdiyi çıxışında bildirib.

Həsən Ruhani ölkədə yoluxma sayının yüksək rəqəmlərlə davam etdiyini bildirib və vurğulayıb ki, bu pandemiya hələ çox çəkəcək və onun bitən zamanı da dəqiq məlum deyil.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 8 mini keçib və yoluxanlar isə 167 mindən artıqdır. İranda yoluxanlardan 129 mini sağalıb.

Həsən Ruhani bundan öncəki çıxışında yoluxmaların artacağı təqdirdə sabiq məhdudiyyətlərin yenidən tətbiq ediləcəyini deyib.

Mənbə: www.interaztv.com