Keçmiş erməni deputat: “Rusya ilə təzyiq nəticəsində imzalanmış bütün müqavilələr yenidən nəzərdən keçirilməlidir”

Keçmiş erməni deputat: “Rusya ilə təzyiq nəticəsində imzalanmış bütün müqavilələr yenidən nəzərdən keçirilməlidir”

“Siyasi qərar qəbul edilməli və Ermənistan öz vassal statusundan imtina etməlidir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Ali Sovetinin sabiq deputatı, keçmiş siyasi məhbus Azat Arşakyan bildirib.

Keçmiş erməni siyasi məhbusun sözlərinə görə, siyasi təzyiq nəticəsində imzalanmış bütün müqavilələr yenidən nəzərdən keçirilməlidir.

“Vəziyyəti dəyişməliyik, Ermənistan dövlətdir, Ermənistan vətəndaşları Rusiya vətəndaşları üçün Rusiyanın olduğu qədər hörmətli vətənə sahibdirlər. Yəni, biz nəinki 1991-ci ildə özümüzü müəyyənləşdirmişik, həm də Rusiya ilə bərabər olmuşuq. Bu problem qarşıya qoyulmalıdır. Əks təqdirdə, əgər onlar bizim tərəfdaşlar olmağımıza razı deyillərsə, beynəlxalq məhkəmələrə müraciət etmək və rus əmlakını - qaz kəmərini, dəmir yolunu, hərbi bazanı milliləşdirmək lazımdır”, - deyə Arşakyan qeyd edib.

 

Mənbə: ordu.az