BMT Liviyaya silah embarqosunu uzadır

BMT Liviyaya silah embarqosunu uzadır

BMT Təhlükəsizlik Şurası Liviyaya silah axını ilə bağlı embarqonun bir illik uzadılması barədə qərarı təsdiqləyib. Ordu.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə keçirdiyi iclasda yekdilliklə qərar qəbul olunub.

Bildirilir ki, embarqo üzv ölkələrin Liviyada döyüşən tərəflərə silah göndərilməsini qadağan edir.

Qeyd edək ki, Liviyanın beynəlxalq səviyyədə tanınan hökuməti qiyamçı səhra komandiri Xəlifə Həftərə sadiq qüvvələrə qarşı mübarizə aparır.

Mənbə: ordu.az