"Əl-Qaidə" lideri öldürüldü

"Əl-Qaidə" lideri öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Malidə şimal-qərbi Afrikada fəaliyyət göstərən "Məğrib əl-Qaidəsi"nin liderinə qarşı əməliyyat keçirilib.

Bu barədə Fransa Müdafiə naziri Florans Parli açıqlama verib.

O, açıqlamasında vurğulayıb ki, "Məğrib əl-Qaidəsi"nin lideri Əbdülməlik Droukdal keçirilən hərbi əməliyyat nəticəsində məhv edilib.

Bundan əlavə, Florans Parli Afrikadakı Sahel bölgəsində terrorçulara qarşı mübarizənin qətiyyətlə davam edəcəyini də sözlərinə əlavə edib.

Mənbə: eastnews.org