61 yaşı tamam olan nazir Milləti Qarabağ töhmətindən qurtaracaq... - TƏBRİK

61 yaşı tamam olan nazir Milləti Qarabağ töhmətindən qurtaracaq...  - TƏBRİK

Bu gün müdafiə naziri Zakir Həsənovun doğum günüdür. Bizi qələbələrlə sevindirəcəyini gözlədiyimiz nazirin 61 yaşı tamam olur. Amma qələbə arzu etməklə deyil, icra etməklə əldə edilir.

Hörmətli general polkovniki doğum günü münasibətilə təbrik edirik və ümid edirik ki, tezliklə Ali Baş Komandanın savaş əmri veriləcək və millət Zakir Həsənovun rəhbərlik etdiyi silahlı qüvvələrin parlaq zəfəri ilə Qarabağ töhmətindən qurtulacaq.

Oxucular üçün qeyd edək ki, Zakir Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışmışdır. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət etmiş, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdir.

2003-2013-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə isə general-mayor, 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilmişdir. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə naziri təyin edilmiş və general-polkovnik rütbəsi verilmişdir.

Alman, ingilis, rus və türk dillərində sərbəst danışa bilir.

Ailəlidir. 1 oğlu, 1 qızı var.

Mənbə: moderator.az