Həkim: “Ən optimal variant karantin qaydalarına riayət etməkdir"

Həkim: “Ən optimal variant karantin qaydalarına riayət etməkdir"

"Dövlət başçısı örnək addım atdı. İnsanları nizam- intizama, qayda- qanuna əməl etməyə çağırdı"

Bu sözləri Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla Prezident İlham Əliyevin Tərtərdə dövlət rəmzləri muzeyinin açılışında tibbi maskadan istifadə etməsi ilə bağlı "Sherg.az"a danışarkən dedi.

O, bildirdi ki, hər kəsdə məsuliyyət hissi lazımi səviyyədə olsa, heç bir sərtləşdirilməyə ehtiyac qalmaz:

"Qadağalar məcburi atılan addımdır. Karantinin sərtləşdirilməsi heç kim üçün xoş deyil. İndiki halda ən optimal variant davranış qaydalarına riayət etməkdir. İctimai yerlərdə, o cümlədən nəqliyyatda tibbi maska taxmaq, sosial məsafə saxlamaq çox mühümdür. Həmçinin müxtəlif obyektlərin sahəsinə uyğun olaraq insanlar içəri buraxılmalıdır. Çünki xüsusilə marketlərdə sosial məsafədən söhbət getmir. Belə təşkilati məsələləri həll etmək çətin deyil. Sadəcə insanların bir qisminin yox, hamısının məsuliyyətli davranışına ehtiyac var".

Mənbə: sherg.az