ABŞ ordusunda koronavirusa yoluxanların sayı 10000-i ötüb

ABŞ ordusunda koronavirusa yoluxanların sayı 10000-i ötüb

ABŞ Müdafiə Nazirliyinə bağlı hərbi qulluqçular, müqaviləli xidmətçilər və mülki işçilər arasında koronavirusa yoluxanların sayı 10000-i ötüb. Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hazırda qeyd olunan şəxslərdən koronavirusa yoluxanların sayı 10462 nəfərdir.

Qeyd olunur ki, koronavirusa yoluxma halları ABŞ ordusunun hərbi məktəblərində də müşahidə olunub.

 

Mənbə: ordu.az