100 min nəfərin öldüyü ölkə: Karantini götürür

100 min nəfərin öldüyü ölkə: Karantini götürür

Artıq karantin qaydalarını götürməyin zamanıdır.

Cebhe.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. O, Ağ Evin “YouTube” kanalındakı mətbuat konfransında epidemiyanı əsasən arxada qoyduqlarını açıqlayıb. Bildirib ki, əvvəlki qaydalara qayıtmağın zamanıdır:

“Biz əvvəlki rejimə qayıdırıq. Ölkəni açırıq".

Bununla belə yoluxmanın hələ də yüksək olduğu bəzi ştatlarda sanitar məhdudiyyətlər qalır.

Artıq şirkətlər koronavisa qarşı peyvənd hazırlığında önəmli nəticələr əldə edib. Prezident bildirib ki, peyvənd təhlükəsizlik sınağından keçiriləcək, artıq 8-ə yaxın şirkət bunun üzərində işləyir.

Statistikaya görə, ABŞ-da 1,9 milyon nəfər virusa yoluxub, 100 min nəfər ölüb.

Mənbə: cebhe.info