İki günlük sərt karantin rejimi virusla mübarizədə bizə nələri verəcək?-Deputatlar RƏY VERDİ

İki günlük sərt karantin rejimi virusla mübarizədə bizə nələri verəcək?-Deputatlar RƏY VERDİ

Məlum olduğu kimi, bu gündən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejimi tətbiq olunur.

Qeyd olunan ərazilərdə iyunun 8-i saat 6:00-a qədər küçəyə çıxmaq yasaqlanır, mağazalar, apteklər də daxil olmaqla xidmət sahələri fəaliyyət göstərməyəcək.

Rəsmi qərara əsasən bu addım infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə atılıb.
Ancaq bu qərar əhali arasında birmənalı qarşılanmayıb, bir çoxları yalnız həftəsonu tətbiq olunan bu qadağanın virusun yayılmasıan təsir etməyəcəyini düşünür. Lakin məlumdur ki, bu günə qədər bir sıra ölkələr, o cümlədən Türkiyə bu qaydadan, yəni həftə sonları qadağalar tətbiq edib və bu, müsbət nəticə verib.

Məsələ ilə bağlı deputat Asim Mollazadə Sonxeber.az-a açıqlama verib.
Deputat bildirib ki, bu ağər qərarlara dözmlə, səbrlə və məsuliyyətlə yanaşmaq lazımdır:
"Çünki son günlər bəzi vətəndaşlarımızın məsuliyyətsizliyinə görə epidemiyada böyük artım müşahidə olunub. Ona görə də bu iki günlük izolyasiya tədbirləri kömək edəcək ki, ən azından virusa yoluxma sayı artmasın. Çünki xəstəxanalarda yer azdır, xəstələri yerləşdirib müalicə etmək imkanları da məhduddur. Ona görə düşünürəm ki, Nazirlər Kabinetinin qərarı düzgündür". Deputat hər kəsi məsuliyyətli və səbrli olmağa çağırıb.

Deputat Aydın Hüseynov da məsələyə münasibət bildirib.
Deputat qeyd edib ki, iki günlük karantin rejiminin tətbiq olunması çox düzgün qərardır:

"Çünki pandemiya başladığı dövrdən cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə çox uğurlu addımlar atıldı. Bu addımların ən mühümü karantin rejiminin tətbiq oluması idi. Karantin rejiminin tətbiq olunması məhz vətəndaşlarımızın virusdan qorunmasına hesablanıb.
Eyni zamanda karantin rejiminin yumuşaldılmasında biz xəstəliyin və ölüm sayının artım dinamikasının şahidi olduq. Hazırda tətbiq olunan iki günlük karantin rejimi isə digər ölkələrin təcrübəsində də öz müsbət nəticələrini verib. Nəzərə alsaq ki, şənbə və bazar günləri vətəndaşlarımız daha çox şəhərə, parklara üz tuturlar və bu da yoluxma sayının artmasına səbəb olur. Ona görə də karantin rejiminin tətbiq olunması bu gün üçün virusun qarşısını alan ən önəmli vasitələrdən biridir. Hər bir vətəndaş buna riayət etməlidir. Onlar dərk etməlidir ki, pandemiya qorxulu bir tendensiyadır. Bu pandemiyanın hələ vaksini tapılmayıb. Virusdan qorunmaq üçün yeganə vasitə sosial məsafəni qorumaq, tibbi maskalardan istifadə etmək və eləcə də Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyə və tapşırıqlarını birmənalı olaraq əməl etməkdir. Bu pandemiya üçün ən optimal mübarizə formasıdır".

Mənbə: sonxeber.az