Erməni ictimai xadim: “Qəbul olunmuş strategiyanın effektivliyi haqqında danışmaq mənasızdır”

Erməni ictimai xadim: “Qəbul olunmuş strategiyanın effektivliyi haqqında danışmaq mənasızdır”

“Ötən gün təxminən 700 yeni yoluxma halı aşkarlanıb, artıq infeksiyanın yayılmasının qarşısını almaq üçün qəbul olunmuş strategiyanın effektivliyi haqqında danışmaq mənasızdır”. Ordu.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Artur Vanetsyanın köməkçisi Zohrab Yeqanyan öz “Facebook” səhifəsində yazıb.

“Nikol Paşinyana yaxşı məsləhət, heç olmasa insan həyatları məsələsi olanda komendantı dəyiş, hərbçi, ən azından hərbi xidmət keçən və rejimin nə olduğunu bilən insan gətir, Tsolakyan Feliks və ya Hunan Poğosyanı təyin et, səhiyyə sahəsini Harutyun Kuşkyana ver, inan, o, güclü təşkilatçı və sərt insandır, bu sahədə ona hörmət edirlər və “bu kimdir, nə keçmişi var ki, bizim başımızda nazir olsun” deyə bilməzlər. Bu canlı yayımları və gündə bir neçə dəfə status yazmağı, müxtəlif insanların şəkillərini yaymağı bir tərəfə qoyun, bunlar faydasız məşğuliyyətlərdir və reytinqinizi daha sürətlə aşağı salmaqdan başqa heç nə verməyəcək”, - deyə Yeqanyan qeyd edib.

Mənbə: ordu.az