Deputat: “AŞPA qeyri-obyektiv fəaliyyəti ilə öz gələcəyini şübhə altına alır”

Deputat: “AŞPA qeyri-obyektiv fəaliyyəti ilə öz gələcəyini şübhə altına alır”

“Bəzi beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən Azərbaycan qarşı ikili standartlarının və qərəzli siyasəti bu gün də davam etməkdədir. Belə bir beynəlxalq təşkilatlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Biz zaman –zaman AŞPA-nın ölkəmizə qarşı qərəzlı mövqe sərgiləyib Baxmayaraq ki, Azərbaycan və Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olarkən, təşkilat iki ölkə arasında davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfəsini verməklə, münaqişənin qısa zamanda həllinə nail olacaq. Ancaq 20 ilə yaxın bir müddət keçsə də, AŞ tərəfindən Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi addımlar atılmayıb”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.

Millət vəkilinin sözlərinə görə, düzdür AŞPA Qarabağ münaqişəsi ilə bağlı bir sıra qətnamələr qəbul edib və fəaliyyəti bundan uzağa getməyib. “AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı alt komitə yardılsa da, bu komitənin fəaliyyəti uzun çəkmədi. Ermənistan tərəfinin destruktiv fəaliyyəti nəticəsində Dağlıq Qarabağla yardılan alt komitə fəaliyyət göstərmir. AŞPA isə Ermənistanın beynəlxalq hüquq prinsip və normalarını kobud surətdə pozaraq, işğalçılıq siyasətini davam etdirməsinə qarşı ciddi addımlar atmır. Əksinə dolayısı ilə AŞPA bəyan etdiyi fəliyyət prinsiplərinə zidd olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yummaqla , ona dolayı yolla dəstək verir. Biz bunu cari ilin martında işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən keçiirlən “seçkilər” zamanı bir daha gördük. Belə ki, AŞPA Dağlı Qarabağ separatçı rejimində beynəlxalq hüququn prinsiplərinin tam ziddinə olaraq keçirilən “seçkilərə”, beynəlxalq hüquq normalaırnın kobud surətdə pozulmasına münasibət bildirmədi. Bununla da əslində AŞPA öz bəyan etdiyi dəyərlərin əksinə çıxmış oldu. Bu da təbii ki, təşkilatın üzvü kimi Azərbaycanı narahat etməyə bilməz. Beynəlxalq bir təşkilatın üzərinə götürdüyü missiyanı həyata keçirı bilməzsə və ya bəyan etdiyi prinsiplərə uyğun fəaliyyət göstərməzsə, bundan nəticədə ziyan çəkən tərəf özü olacaq”- deputat bildirib.

S. Hacıyev hesab edir ki, AŞPA vaxt itirmədən fəaliyyətində ciddi dönüş yaratmalı və bəyant etdiyi prinsiplərə əsaslanaraq bütün üzv ölkələrə eyni münasibəti sərgiləməli, ikili siyasət, qərəzdən uzaq durmalıdır: “Çünki biz zaman-zaman AŞPA üzv ölkələrdə baş verən proseslərə fərqli münasibət bəslədiyinə şahidlik etmişik və bu güdə şahidlik etməkdəyik. AŞPA üzv ölkələrəd baş verən eyni proseslərə fərqli yanaşma tərzi sərgiləyir.

Elə götürək son günlərdə ABŞ-da baş verən kütləvi etiraz aksiyalarını… Polis aksiya iştirakçılarana qarşı zor tətbiq edir, hüquqlarını kobud surətdə pozur, hətta media nümayəndələrinə qarşı fiziki zor tətbiq etməkdən çəkinmir. Lakin AŞPA bu hadisələrə seyrçi qalaraq , orada insanların pozulan hüquqlarına reaksiya vermir. Təbii ki, AŞPA-nın belə bir münasibəti quruma digər üzv ölkələr tərəfindən ikrah hissi ilə qarşılanır və təşkilatın ədalətli, obyektiv fəaliyyətinı şubhə altına alır. AŞPA-nın bu cür davranışı təşkilatın nüfuzunə zərbə vurur. Odur ki, AŞPA bir an öncə fəaliyətindəki bu qeyri-obyektiv fəaliyyəti aradan qaldırıb, ciddi dəyişiklik etməlidir.

Artıq təşkilata üzv ölkələr AŞPA-da ciddi islahatların aparılaraq, fəaliyyətini yenidən qurmasını təklif edirlər. Bu məslə zaman-zaman AŞPA-nın sessiyalaırnda gündəmə gəlir. Əks təqdirdə bundan itirən ilk növbədə AŞPA olacaq”.

Mənbə: olke.az