ABŞ 9 500 əsgərini Almaniyadan çıxarır

ABŞ 9 500 əsgərini Almaniyadan çıxarır

Donald Tramp Almaniya kansleri Angela Merkellə hərbi xərclər səbəbindən illərlə davam edən gərginlik fonunda sentyabr ayına qədər 9 500 ABŞ əsgərinin bu ölkədən çıxarılmasına qərar verib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

ABŞ prezidentinin uzun müddətdir Almaniyadakı hərbi kontingentin sayını azaltmaq istədiyi qeyd olunub. Almaniyadakı əsgər sayının 34,5 mindən 25 minə endirilməsi planlaşdırılır.

Mənbə: www.oxu.az