“AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir”

“AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir”

“Amma dövlət başçımızın Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi var. Bu, xalqımızda torpaqlarımızın bir qarışının belə işğalda qalmayacağına əminlik yaradır”

“Azərbaycan haqlı tərəfdir və biz, gez-tez öz tarixi torpaqlarımızı işğaldan azad edəcəyik”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərimizdə süni surətdə təşkil edilmiş qondarma rejimin keçirdiyi seçkilər Azərbaycan qanunlarına və beynəlxalq hüquqa ziddir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, dünya birliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyini işğal edilmiş ərazilər də daxil olmaqla tanıyıb. Azərbaycan dövləti həmin sərhədləri ilə beynəlxalq təşkilatlara üzv qəbul edilib:

“Beynəlxlaq arenada Azərbaycanın mövqeyi güclüdür və getdikcə daha da güclənir. Azərbaycanın ərazi bütövlüyü tanınınır. AŞPA ölkəmizə qarşı qərəzli və düşmən mövqedədir. Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Prezident İlham Əliyev haqlı olaraq bu qurumun iç üzünü açan, ifşaedici məqamlara toxundu.

Dövlət başçımızın Dağlıq Qarabağla bağlı qətiyyətli mövqeyi var. Bu, xalqımızda torpaqlarımızın bir qarışının belə işğalda qalmayacağına əminlik yaradır. Azərbaycan haqlı tərəfdir və biz, gez-tez öz tarixi torpaqlarımızı işğaldan azad edəcəyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Dağlıq Qarabağda xunta rejimi hökm sürdüyünü deyib. Prezident son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyinə də diqqət çəkib.

Mənbə: sherg.az