Zakir Qaralov jurnalistin üzünə qoyduğu işçisinə də güzəşt etməyib - MƏŞHUR PROKUROR İŞƏ ÇIXMAQDAN İMTİNA EDİR

Zakir Qaralov jurnalistin üzünə qoyduğu işçisinə də güzəşt etməyib - MƏŞHUR PROKUROR İŞƏ ÇIXMAQDAN İMTİNA EDİR

Gununsesi.org xəbər portalının rəhbəri, sabiq siyasi məhbus Pərviz Həşimli özünün sosial şəbəkə hesabında maraqlı post paylaşıb.Sabiq Baş Prokuror Zakir Qaralovun qanunsuz əməllərindən bəhs edilən postu təqdim edirik:

Baş Prokuror Zakir Qaralovun tamahı o qədər güclü olub ki, hətta məhkəmələrdə saxta ittihamlarını müdafiə edən işçilərinə belə güzəşt etməyib.Baş Prokurorluğun Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamını müdafiə edən Rahil İsmayılov adlı bir prokuroru vardı.MTN-nin şərləyib, həbs etdiyi bütün şəxslərin ittihamını bu adam müdafiə edirdi. Sırtılmışdı, həbs olunanların yaxınları məhkəmə dəhlizlərində onun üzünə tüpürəndə heç nə olmamış kimi üzünü silib, aradan çıxırdı.

Bu adam mənə saxta ittiham üzrə 9 il cəza istəyən məşhur prokuror idi.Zakir Qaralov işdən azad edilməzdən 20 gün əvvəl bütün rayon-şəhər prokurorları, habelə, idarə-şöbə prokurorlarını çağırıb, pul tələb edib.Rahil başda olmaqla bir neçə nəfər ona pul verməkdən imtina edib.Zakir Qaralov ona saxta işlərdə yardımçı olan Rahilə güzəşt etmək əvəzinə , Bakıdakı işindən azad edərək, Ağcabədi rayonuna prokuror köməkçisi təyin edib.Rahil isə indi Qaralovun arxasında qara-qara söhbətlər edir.

Deyir ki, məni xalqın oğlanları ilə düşmən elədi amma dəyərimi bilmədi.İndi oturub evində, Ağcabədidəki işinə getmir.Kamran Əliyevə məktub yazır ki, onu Bakıya qaytarsın.

Mənbə: criminal.az