Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

...BMT Təhlükəsizlik Şurasının 2473-cü qətnaməsinin müddəti daha 12 ay üçün qüvvədə qalacaq

BMT Liviyaya silah idxalının qadağası qərarını daha bir il qüvvədə saxlayıb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına üzv olan bütün ölkələr Liviyaya qarşı silah enbarqosu qərarının müddətinin uzadılmasına səs veriblər.

Məlumata görə BMT Təhlükəsizlik Şurasının 2473-cü qətnaməsinin müddəti daha 12 ay üçün qüvvədə qalacaq. Bu qərar 2011-ci ildən qəbul və icra edilir.

Qeyd edək ki, Liviyada hazırda general Xəlifə Haftarın rəhbərlik etdiyi “Milli Ordu” ilə paytaxtı və ətraf rayonları nəzarətə saxlayan “Milli Razılıq Hökuməti” arasında silahlı qarşıdurma davam edir.

Mənbə: www.interaztv.com