Ermənistan, Yunanıstan və Kipr Türkiyəyə qarşı

Ermənistan, Yunanıstan və Kipr Türkiyəyə qarşı

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 75-ci sessiyasının prezidentiliyinə cəmi bir namizəd var. Türkiyəli qocaman diplomat Volkan Bozkirin prezident seçilməsi ilə bağlı BMT-yə üzv olan 193 ölkəyə məlumat verilib. Onlar bu məsələyə məktub vasitəsi ilə cavab verməliydilər. Ancaq Ermənistan, Yunanıstan və Kipr buna qarşı çıxıb. Onlar tələb ediblər ki, türkiyəli diplomatla bağlı BMT-də səsvermə keçirilsin. Bu barədə Ermənistanın “PanARMENIAN.Net” saytı “The Associated Press”ə istinadən məlumat yayıb.

Xəbərdə vurğulanır ki, iyunun 17-də bu məsələ ilə bağlı BMT-də seçki keçiriləcək.

Ermənistan, Yunanıstan və Kipr ənənəvi olaraq Türkiyəyə qarşı düşmənçilik siyasəti yeridir. Volkan Bozkir məsələsində biz bunu aydın şəkildə görürük.

Volkan Bozkir (1950) son dərəcə nüfuzlu diplomat və siyasətçidir. O, Türkiyənin Avropa Məsələləri üzrə (2015-2016) naziri olub. Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlara o, rəhbərlik edib. 2011-ci ildə isə o, İstanbuldan Türkiyə parlamentinə deputat seçilib. Volkan Bozkır ingilis və fransız dillərini mükəmməl bilir.

Onun açıqlamalarından biri Qərb mətbautında bomba kimi partlamışdı. Belə ki, 2014-cü ildə Avstriyalı transvistit müğənni Konçita Vurst Avroviziya Mahnı Müsabiqəsinin qalibi elan olundu. O vaxt TRT-nin rəhbəri İbrahim Şahin bəyan etdi ki, Türkiyə bir daha Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək. Bu məsələni şərh edən Volkan Bozkir belə demişdi: “Hər dəfə avstriyalı müğənnini görəndə düşünürəm ki, gör kim Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub. Allaha şükür ki, Türkiyə bundan sonra bu yarışa qaılmayacaq”.

Mənbə: cia.az