Vaşinqton Çin təyyarələrinin ABŞ aeroportlarına enişinə qadağanı aradan qaldırıb

Vaşinqton Çin təyyarələrinin ABŞ aeroportlarına enişinə qadağanı aradan qaldırıb

ABŞ-ın Nəqliyyat Nazirliyi Çin aviakompaniyalarına məxsus təyyarələrin ölkə aeroportlarına enişinə qoyulan qadağanı ləğv edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qadağa Çinin iyunun 4-də ölkənin iri şəhərlərində bəzi hava limanlarını xarici aviakompaniyaların uçuşlarına açmasından sonra aradan qaldırılıb. Bundan öncə koronavirusun yayılması təhlükəsi səbəbindən Çin aeroportları bir çox xarici ölkələr, o cümlədən ABŞ aviasiya daşıyıcıları üçün bağlanmışdı.

Yerli KİV-lərin məlumatına görə, Çində epidemiyadan sonra iqtisadiyyat bərpa edildikcə ölkə daxilində aviasiya kompaniyalarının müştərilərinin sayı da artmaqdadır. İyunun 5-də Çin aviaşirkətləri ötən ilin analoji dövrünün göstəricilərini 61,5 faiz bərpa edərək 11 min 333 reys həyata keçirib və 1 milyon 36 min sərnişin daşıyıb.

Mənbə: azertag.az