Qazaxıstanda etirazlar başladı - HƏBSLƏR VAR

Qazaxıstanda etirazlar başladı - HƏBSLƏR VAR

Qazaxıstanda eriraz aksiyaları yenidən başlayıb.

Cebhe.info xəbər verir ki, ölkədəki Demokrat Partiyası və qadağan edilən “Qazaxıstanda Demokratik Seçki" Hərəkatınn lideri Muxtar Ablyazovun tərəfdarları aksiyalar barədə çağırış etmişdi.

Alma-Atıda aksiyaçılar Abay və Nazarbayev küçələrinin kəsişməsində toplaşıblar. Onlar demokratik seçki ilə yanaşı, bir sıra sosial tələblər, o cümlədən kredit amnistiyası tələb ediblər. Daha iki küçənin kəsişməsində isə 100-ə yaxın aksiyaçı toplaşıb. Hüquq-mühafizə orqanları aksiyaya müdaxilə edib. 30 nəfər saxlanılıb.

Aksiyaya qoşulmaq istəyən daha 20 nəfərin saxlandığı barədə məlumat var. Aksiyaya qatılmaq istəyənlərə qarşı şəhərin mərkəzi küçələri ilə yanaşı, digər küçələrdə də əməliyyatlar keçirilib.

Mənbə: cebhe.info