Erməni politoloq: “Müharibə zamanı məğlubiyyətə aparan Ermənistan hakimiyyətini müdafiə etmək dəlilikdir”

Erməni politoloq: “Müharibə zamanı məğlubiyyətə aparan Ermənistan hakimiyyətini müdafiə etmək dəlilikdir”

“Müharibə zamanı məğlubiyyətə aparan hakimiyyəti müdafiə etmək heç bir əsaslandırması olmayan dəlilikdir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Politekonomia” tədqiqat institutunun rəhbəri Andranik Tevanyan öz “Facebook” səhifəsində yazıb.

“Əsl sillogizm

a) Koronavirus Ermənistana müharibə elan edib,

b) Müharibəni aparmaq yükü hakimiyyətin çiyinlərinə düşüb,

c) Əvvəlcə düşməni görməyən, sonra isə iş-işdən keçəndə düşmənə qarşı müharibədə qələbə qazanmaq üçün ictimaiyyəti birləşdirmək əvəzinə, istəyərək və ya istəmədən birliyi pozan və nifrət təbliğatı aparan hakimiyyət millətə xəyanət edir”, - deyə o bildirib.

 

Mənbə: ordu.az