Ukrayna və Rumıniya HDQ Qara dənizdə hərbi təlimlər keçirib

Ukrayna və Rumıniya HDQ Qara dənizdə hərbi təlimlər keçirib

Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Starobelsk” və Rumıniya Hərbi Dəniz Qüvvələrinin “Contraamiral Horia Macellariu” gəmiləri Qara dənizdə PASSEX adlı birgə hərbi təlimlər keçirib. Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, iki ölkənin gəmiləri NATO standartlarına uyğun bir sıra tapşırıqlar yerinə yetirib. Təlimdə diqqət tapşırıqların yerinə yetirilməsində gəmi heyətlərinin bacarıq və qabiliyyətlərinin artırılmasına yönəldilib.

Təlimlərdə ölkələrin aviasiyaları da iştirak edib.
 

 

Mənbə: ordu.az