ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

ABŞ, Nyu Yorkda ələ keçirilmiş və humanitar səbəblərdən ehtiyac yaranan diplomatik mülkiyyəti Rusiya Federasiyasının nümayəndələrinə qaytarmaqdan imtina edib.

İnterAz RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin müavini Gennadi Kuzmin BMT Baş Assambleyasının komitə iclasında deyib. İclas Rusiya Federasiyasının tələbi ilə keçirilib.

"Nyu York Qubernatoru, COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edəndə, koronavirusun yayılması ilə əlaqədar riskləri azaltmaq üçün əmlakın missiya işçilərinin istifadəsi üçün verilməsini istədik. Bununla əlaqədar ABŞ nümayəndəliyinə nota göndərildi", Kuzmin bildirib.

"Ümid edirdik ki, ən azı humanitar səbəblər siyasi motivlərdən üstün olacaq. Ancaq ABŞ Rusiya missiyasının notasına cavab verməyib və Vaşinqtondakı səfirliyimizə müsbət cavab gözləməməyimizlə bağlı xəbərdarlıq edilib", - diplomat deyib.

Mənbə: www.interaztv.com