Putin turizm sahəsinin kurasiyasını dəyişdi...

Putin turizm sahəsinin kurasiyasını dəyişdi...

Rusiya prezidenti Vladimir Putin ölkənin turizm sektoruna cavabdeh olan "Rosturizm" federal agentliyini İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən çıxararaq birbaşa Nazirlər Kabinetinin tabeliyinə verib.

Moderator.az xəbər verir ki, təhlilçilər Putinin bu qərarını pandemiyadan sonrakı dövrə hazırlıq kimi qiymətləndirirlər.

Analitiklərin fikrincə, Putin pandemiyadan sonra turizm sahəsinə xüsusi diqqət yönəltməyin zəruri olacağını düşünür, ona görə də "Rosturizm"i bir nazirliyin deyil, bütövlükdə hökumətin kurasiya etməsini, ölkənin turizm sektorunun hökumətin birgə gücü ilə dirçəldilməsini istəyir.

Mənbə: moderator.az