General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

...Xəlifə Haftarı onun dəstəklədiyi Liviya Parlamentinin sədri Aqila Saleh də müşayiət edib

Liviyanın əksər bölgələrini nəzarətdə saxlayan “Liviya Milli Ordusu”nun komandanı general Xəlifə Haftar Qahirəyə səfər edib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, general Xəlifə Haftar bu gün Qahirədə Misir prezidenti Əbdül-Fəttah Sisi ilə görüşüb.

Xəlifə Haftarı onun dəstəklədiyi Liviya Parlamentinin sədri Aqila Saleh də müşayiət edib.

Məlumata görə tərəflər Liviya münaqişəsini “yoluna qoyacaq” Qahirə sənədi üzərində danışıqlar aparacaqlar.

Qeyd edək ki, Xəlifə Haftarın rəhbərlik etdiyi “Milli Ordu” son ayda paytaxt Tripoli ətrafında bir sıra mühüm əraziləri itirərək geriləyib.

Qarşı tərəf yəni “Milli Razılıq Hökuməti” isə Xəlifə Haftarın ordusuna qarşı irimiqyaslı hərbi əməliyyata başladığını bəyan edib.

Mənbə: www.interaztv.com