Putinin Paşinyana “soyuq” və diqqətçəkən növbəti zəngi

Putinin Paşinyana “soyuq” və diqqətçəkən növbəti zəngi

Ermənistan Baş naziri Nikol Paşinyan ad günündə, demək olar ki, bütün tərəfdaş ölkələrin liderlərindən 45 yaşı münasibətilə təbriklər aldı. Son aylardakı Ermənistan-Rusiya yüksək səviyyəli münasibətlərindəki fikir ayrılıqları və gərginlik, həmçinin Paşinyan-Putin telefon danışıqlarının qıtlığı Paşinyan-Putin təmasları baxımından xüsusi maraq doğurur. Bu hadisə daha da maraqlıdır, çünki Ermənistandakı daxili siyasi dəyişikliklərdən sonra Rusiya Prezidenti keçmiş Ermənistan prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın doğum günləri münasibətilə təbrik mesajları göndərməkdə sabit bir ənənə qurub və keçmiş həmkarlarını ad günü münasibətilə, bəzi hallarda yeni il münasibətilə də ürəkdən təbrik edib.

Paşinyanın doğum gününə gəldikdə, bu dəfə digər telefon zəngləri və təbriklər arasında Paşinyan-Putin telefon danışığı baş tutması, təbrik mesajı ilə yanaşı, AİƏT üzv dövlətlərinin rəhbərlərinin doğum günləri ərəfəsində etdikləri adi bir ritual qaydadır.

Qeyd edək ki, Putinin Paşinyana təbrik mesajı olduqca təvazökar olub. Kremlin rəsmi saytında asanlıqla tapıla bilən bir sıra digər liderlərə ünvanlanmış təbrik mesajlarından fərqli olaraq, Rusiya prezidenti Paşinyanı təbrik etsə də, diplomatik qaydalara və protokolun qorunmasına əməl edilməsinə üstünlük verib. Ümumiyyətlə özü üçün qəbul edilən və tərəfdaş ölkə liderlərinə qarşı adətən çox vaxt ikitərəfli münasibətlərdə fiqurun şəxsi töhfəsi və səylərindən bəhs edərək, söylədiyi xoş sözləri Ermənistan baş nazirinə qarşı söyləməkdən yayınıb.

Rusiya Prezidenti əvvəlcə Paşinyanı təbrik edib, daha sonra onlar arasında qurulan konstruktiv dialoqu yüksək qiymətləndirdiyini bildirib.

“Rusiya-Ermənistan müttəfiq münasibətləri, habelə AİƏT, KTMT və MDB çərçivəsində tərəfdaşlığın möhkəmləndirilməsi üzərində sıx işləməyə davam etmək üçün hazır olduğumu bir daha təsdiqləmək istərdim”, - deyə bir neçə istəkdən əlavə qeyd edilib.

Rusiya Prezidentinin rəsmi səhifəsindəki mesajları fəal izləyən analitiklər, Rusiya Prezidentinin bayramlarla bağlı şəxsi təbriklərinin tərif və minnətdarlıq sözlərini də əlavə edilməsi ilə olduqca isti olduğunu, ancaq Paşinyanı təbrik mesajında bunun olmadığını təsdiq edə bilərlər.

Ancaq ən maraqlısı Paşinyan-Putin telefon danışığının, son telefon danışığının mesajları kimi Ermənistan-Kreml mesajları arasındakı fərq olub.

Xüsusilə, Ermənistanın Baş nazirinin rəsmi saytı bildirir ki, Putin təbriklərdən əlavə, Paşinyanla koronavirusa qarşı mübarizə ilə bağlı vəziyyət və mümkün inkişaf prosesləri barədə fikir mübadiləsi olub.

“Bu çərçivədə iki ölkənin Səhiyyə nazirlikləri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Prezident Vladimir Putin Rusiya Federasiyasının Ermənistana epidemiya ilə mübarizədə kömək etməyə hazır olduğunu vurğulayıb. Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi münasibətilə bu il iyunun 24-də Moskvada keçiriləcək parada da toxunublar. Baş nazir Nikol Paşinyan bu münasibətlə bir neçə gün əvvəl aldığı dəvətə görə təşəkkür edib. Nikol Paşinyan, həmin vaxtadək sağalacağına və Qələbənin 75 illiyinə həsr olunmuş bütün tədbirlərdə iştirak edə biləcəyinə ümid etdiyini bildirib”, - deyə Ermənistan Baş nazirinin mətbuat xidmətindən verilən açıqlamada deyilir.

Bu da öz növbəsində Rusiya tərəfinin yaydığı iki cümlə mesajla müqayisədə olduqca ətraflı məlumatdır.

Kremldən verilən açıqlamaya görə, Rusiya Prezidenti Paşinyanı ad günü münasibətilə təbrik edib, dəstəyini ifadə edib, ona və ailəsinə koronavirusdan tez bir zamanda sağalmasını arzulayıb.

“Öz növbəsində, Ermənistan Respublikasının Baş naziri təbrik və xoş sözlərə, eləcə də epidemiya ilə mübarizədə Rusiyanın döstərdiyi dəstəyə görə təşəkkür edib”, - deyə Kremlin açıqlamasında bildirilir.

Bu söhbətin hansı hissəsinin Rusiya tərəfini qane etmədiyini proqnozlaşdırmaq çətindir, amma aydındır ki, erməni tərəfinin cavabları, qaldırılan mövzular ümumiyyətlə Rusiya tərəfinin “xoşuna gəlmir” və münasibətlər problemli olaraq qalır. Ancaq qeyd etmək lazımdır ki, hazırda koronavirusa yoluxmuş, Paşinyanın iddia etdiyi kimi, iyun ayında keçiriləcək paradda iştirak etmək üçün Rusiyaya getmək istəyi, rus mediasında əksini tapmayan Rusiya prezidentinə ünvanlanan xüsusi bir “jest”dir.

Xatırladaq ki, Paşinyanla Putin arasında son telefon danışığı 6 apreldə baş tutmuşdu, tərəflərin mesajlarında yer alan mövzuları nəzərə alaraq məzmunu da diqqətəlayiq idi.

Daha əvvəl mediada son dövrün əsas fikir ayrılığının Ermənistana tədarük olunan Rusiya qazının qiymətinin azaldılması ilə bağlı erməni tərəfinin tələbi olduğuna diqqət çəkmişdi və bu məsələnin müzakirəsi Kremlin aprel mesajından da kənarda qalmışdı.

Üstəlik, May bayramları münasibətilə Rusiya Prezidentinin bütün MDB və AİƏT tərəfdaşları ilə telefon danışığının olduğunu və təbriklər mübadiləsi etdiyi, yalnız Paşinyan-Putin səviyyəsində heç bir telefon danışığının olmadığı qeyd edilmişdi.

 

Mənbə: ordu.az