Erməni mənşəli amerikali tarixçi-Qarabağ Azərbaycanın tarixi ərazisidir

Erməni mənşəli amerikali tarixçi-Qarabağ Azərbaycanın tarixi ərazisidir

Ronald Qriqor Suni - erməni mənşəli Amerika tarixçisi, Miçiqan Universitetinin siyasi və sosial tarix professoru, Çikaqo Universitetinin siyasi elmlər doktorudur. “Kembric Rus Tarixi”nin 3-cü cildinin baş redaktoru. O, erməni bəstəkar Qriqor Mirzayan Suninin nəvəsidir.

Miçiqan Universitetinin Erməni Tədqiqatları Proqramının yaradıcısı Ronald Suni kitabında Dağlıq Qarabağın qədim albanların tarixi diyarı olduğunu, albanların isə azərbaycanlıların əcdadları olduğunu və Dağlıq Qarabağın azərbaycanlılara məxsus olduğunu qeyd edir.

R. Suni kitabında yazır:

“Ermənilər 2600 il əvvəl“ tarixi Ermənistan ”adlanan əraziyə gəlmişdilər. "Yeni gələn" kolonistlə, o dövrdə burada mövcud olan Urartu dövlətini məhv etdilər. V əsrdə meydana çıxan erməni tarixçiləri Favstos Buzand, Movses Xorenatsi və Yeqişe -saxta tarixçilərdir. ”

Amerikalı erməni mənşəli alimin bu cür açıq etirafı isə erməni diasporunun radikal qanadının şiddətli narazılığına səbəb olub.

Mənbə: www.ens.az