Erməni politoloq: “Rusiya ağır anlarda həmişə bizə “atıb””

Erməni politoloq: “Rusiya ağır anlarda həmişə bizə “atıb””

“Gürcüstan koronavirus pandemiyasının aradan qaldırılması işində Ermənistana yardım təklif edir. Rusiya isə Ermənistanın bu çətin vəziyyətində qazın qiymətini bahalaşdırmağı təklif edir”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib.

O bildirib ki, Rusiya ağır anlarda həmişə Ermənistana “atıb”.

“Van döyüşü zamanı türklərə qarşı mübarizə aparanda 10-20 km məsafədə olan rus qoşunlarının gəlmədiyini, dəstək vermədiyini, halbuki borclu olduğunu xatırlayaq... Qazın qiymətinin bahalaşdırılması məsələsində mən şantaj elementləri gördüm, Rusiyanın bugünkü hakimiyyətindən hər şey gözləmək olar”, - deyə Qriqoryan qeyd edib.

 

Mənbə: ordu.az