Paşinyan şansdan istifadə edə bilmədi, getməlidir - Çarukyan

Paşinyan şansdan istifadə edə bilmədi, getməlidir - Çarukyan

Hakimiyyətə xalqın gözləntilərini reallaşdırmaq üçün zaman, eləcə də imkan verilmişdi.

Axar.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan deyib.

“Biz bu dəyişikliklərə dəstək vermişik, bu arzuları reallaşdırmaq istəmişik. Əlbəttə, xalqın gözləntilərini reallaşdırmaq üçün imkan var idi. Hakimiyyətin strukturu, proqramı, tərkibi müəyyənləşəndə dedim ki, belə tərkiblə bu vədləri və gözləntiləri reallaşdırmaq mümkün deyil. Əsas problem odur ki, bu tərkibdə olan insanların heç bir təcrübəsi yoxdur. İl yarım əvvəl demişdim ki, xalq, dövlət təcrübə məkanı deyil. Burada peşəkar nəticələr göstərəcək təcrübəli insanlar olmalıdırlar. Əminliklə deyirəm ki, hökuməti 100% dəyişmək lazımdır, çünki bütün sferalar fiaskoya məruz qalıb”, – deyə o bildirib.

Mənbə: axar.az