Prezident İlham Əliyevdən hər kəsə ideal nümunə

Bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyası bu gün də acı fəsadlarını törətməkdədir. Azərbaycan dünyanın bir parçası olduğundan bu bəla bizim də ölkəmizdən yan keçməyib. İnsanların sağlamlığının qorunması dövlət başçımızın həyata keçirdiyi siyasətin prioritetini təşkil etdiyindən bu virusun törədə biləcəyi ağır fəsadların qarşısı alınır və Azərbaycan dünya ölkələri ilə müayisədə az itki verənlər sırasındadır. Söz yox ki, koronavirus bizdən də qurbansız ötüşməyib. ABŞ, Çin, İtaliya, İspaniya, Almaniya, Fransa, Rusiya Federasiyası kimi qüdrətli dövlətlərlə müqayisədə çox az. itki ilə üzləşmişik. Bu xəstəliyə yoluxanların sayının artmasının bir səbəbi də bəzi insanların səhlənkarlığı, laqeydliyi və qaydalara əməl etməməsidir.

Dövlət başçısı əhalinin sağlamlığının qorunması məqsədilə bütün mümkün imkanlardan istifadə edir. Tədris ocaqları, əksər iş yerləri, özəl müəssisələr , əsas nəqliyyat vasitəsi olan metropoliten bir müddət öz fəaliyyətini dayandırdı. Ancaq həmin müəssisələrdə çalışanların əmək haqqı dövlət hesabına ödənildi, aztəminatlı ailələrə yardım verildi, sahibkarlara dəymiş ziyan kompensasiya ilə əvəzləndi. Qısa müddət ərzində Sumqayıtda tibbi maska istehsal edən fabrik , sex, Bakıda modul tipli xəsətxana tikilib istifadəyə verildi. Bütün bunlarda əsas məqsəd əhalinin virusa yoluxmasının qarşısını almaq idi. Təəəssüf ki, bəzi insanlar koronavirus pandemiyasına laqeyd yanaşır, belə bir xəstəliyin olmasına inanmır. Sanki dünyada koronavirusdan dünyasını dəyişən insanlar haqqında məlumat eşitmir, baş verən hadisələri görmürlər. Belə laqeyd insanlara görə son vaxtlar koronavirusa yoluxanların sayı sağalanların sayını kəskin üstələdi. Tibbi maska taxanların sayı getdikcə azaldı. Nəticədə tibbi maska və qoruyucu vasitələrdən istifadənin məcburi olunması barədə çox düzgün qərar qəbul edildi.

Koronavirusun tüğyan etdiyi vaxtlarda da möhtərəm Prezidentimiz sosial layihələrin icrasını diqqət mərkəzində saxladı, paytaxtda və regionlarda açılan müəssiələrdə oldu, yeni təməlqoyma mərasimlərində iştirak etdi. Möhtərəm Prezidentimiz bu günlərdə Tərtər və Ağcabədi rayonlarında yeni istifadəyə veriəln müəssisələrin açılış mərasimlərində iştirakı zamanı hamı üçün ideal nümunə göstərdi. Dövlət başçımız tibbi maska taxmaqla bunun heç də ziyanlı olmadığını, əksinə sağlamlığımızın qorunması baxımından çox vacib olduğunu təsdiqlədi. Respublikamızın rəhbəri bütün işlərində olduğu kimi, bu dəfə də hamıya örnək oldu, nümunə göstərdi.

Tibbi maska taxmağı özlərinə ar bilənlər, müxtəlif bəhanələrlə bu qoruyucu vasitələrdən istifadə etməkdən yayınanlar dövlət başçısından nümunə götürməlidirlər. Eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tibbi maskadan istifadə edir. Məgər bu, kiminsə gözəlliyinə xələl gətirir? Tibbi maskalardan istifadə etməyənlər ətarfındakı insanları düşünməli, onları yoluxdurmalarından ehtiyatlanmalıdırlar. Bütün bunlardan sonra Milli Məclisin qoruyucu vasitələrdən istifadə etməyənlərin cərimələnməsi barədə qəbul etdiyi qərarı razılıqla qarşılayıram. Bu laqeydliyin , qarşıya qoyulan tələblərə və qaydalara əməl etməməyin nəticəsidir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah həftəsonu karantin rejiminin sərtləşdirilməsi barədə çox düzgün qərar qə bul etdi. Təbii ki, bu qərar da Azərbaycan vətəndaşının sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Son günlərdə ölkədə koronavirusa yoluxma hallarının dinamikasına nəzər saldıqda xoşagəlməz mənzərə ilə rastlaşırdıq. Hər gün verilən məlumatda virusa yoluxanların sayının sağalanların sayını sürətlə üstələdiynin şahidi olurduq. Hətta bunun acı nəticələr vermək ehtimalı olması barədə verilən tövsiyələr də eşidilmirdi. Hətta vətəndaşlarımız edilən bu çağırış və xəbərdarlqılara yenə də əhəmiyyət verməyərək, məsuliyyətsiz davranışlarını davam etdirdilər. Çox təəssüf ki, zamanında əldə edilən uğurları qoruyub saxlamaq və bu bəladan tamamilə qurtulmaq mümkün olmadı. Nəticədə vəziyyət getdikcə gərginləşdi. Ancaq yenə də ümidsiz olmamalıyıq. Dövlət başçımızın həyata keçirdiyi düşünülmüş siyasi kurs xalqımızı bu bəladan da xilas edəcək. Prezident və Birinci vitse-prezidentin çağırışına səs verib, onlara dəstək olub, real əməllərimizlə üzləşdiyimiz problemin qarşısını almalıyıq. Hər kəs ölkə Prezidetindən, birinci xanımdan nümunə götürməli, tibbi maskalardan , digər qoruyucu vasiələrdən istifadə etməli və bu bəladan xilas olmalıyıq. Unutmamalıyıq ki, biz Prezidentimizlə birlikdə daha güclüyük və bütün bəlalara asanlıqla qalib gələ bilərik!

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Abşeron rayonunda sərt karantin rejimini pozan 5 nəfərə 15 sutkalıq inzibati həbs cəzası verilib

SONRAKI XƏBƏR

Gürcüstan DTX-na çağırılmış sabiq deputat: “Azərbaycanlıların milli mənafeyinə qarşı kim çıxacaqsa...” - MÜSAHİBƏ