Zamin Hacı sərbəst buraxıldı: “Qaydalar hamı üçündür, biz də əməl etməliyik”

Bu gün karantin qaydalarını pozduğu üçün polis bölməsinə aparılmış “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı sərbəst buraxılıb.

Cebhe.info xəbər verir ki, bu barədə jurnalistin xanımı Sevinc Telmanqızı özünün “facebook” səhifəsində yazıb.

“Dostlar, narahatlıq üçün üzr istəyirəm. Artıq Zamini buraxıblar. Protokolu, cəriməsini yazıblar, evdədi. Maraqlanan, zəng edən bütün dostlara təşəkkürlər.

Məncə, qaydalar hamı üçündür. Biz də jurnalistlər olaraq buna əməl etməliyik”-deyə, S.Telmanqızı yazıb.

Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Üç metrlik köpək balığı can aldı

SONRAKI XƏBƏR

Deputatdan karantin qaydaları ilə bağlı YENİ TƏKLİF