Sumqayıtın deputatı üçün özəl gün

Sumqayıtın deputatı üçün özəl gün

Bu gün Milli Məclisin deputatı Tahir Mirkişilinin doğum günüdür.

Xeberle.com xəbər verir ki, T. Mirkişili 7 iyun 1977-ci ildə anadan olub.

Tahir Mirkişili 1994-cü ildə Bakı şəhəri 1 saylı fizika-riyaziyyat və informatika təmayüllü litseyi bitirmişdir. Riyaziyyat fənni üzrə Azərbaycan yığma komandasının üzvü kimi beynəlxalq olimpiadalarda iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olmuş və 1998-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən ali təhsil müəssisə tələbləri arasındakı Ümumrespublika İqtisadiyyat Olimpiadasında 1-ci yeri tutmuşdur.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi almışdır. 2004-cü ildə ABŞ-ın Stanford Universitetinde İKT İqtisadiyyatının idarəedilməsi üxrə ixtisaslaşmış proqramı bitimişdir.

2006-cı ildə "Azərbaycan Respublikasının xarici ticarət siyasəti və onun təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, İqtisad elmləri üzrə fəlsəfə doktoru (Phd) alimlik dərəcəsi almışdır.

2016-cı ildə Oksford (Böyük Britaniya) Universitetinin "Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Siyasət” ixtisası üzrə xüsusi proqramını bitirmişdir.

İngilis, rus, türk və alman dillərini bilir. Ailəlidir, 2 övladı var.

Tahir Mirkişili 1 kitabın və 10-dan çox elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda İqtisadiyyat və İnformasiya Kommunikasiya Texnologiyaları ilə bağlı 100-ə yaxın analitik məqaləsi dərc edilmişdir. Elektron Hökumət quruculuğu üzrə bir sıra uğurlu layihələrin hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak etmişdir (Elektron İmza, Elektron Təhsil, Elektron Kitabxana, Səyyar ASAN xidmət, Eurovision portalı, Elektron İdarəetmə Sistemləri və sairə bu kimi layihələr).

1998-ci ildə Azərbaycan Resublikası Xarici İqtisadi Əlaqələr Nazirlyində Ümumdünya Ticarət Təşkilatı üzrə mütəxəssis, 2000-2006 – cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya İqtisadiyyatı” fənni üzrə müəllim, 1999-2011-ci illərdə özəl sektorda İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011- ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf nazirinin İKT üzrə müşaviri təyin edilmişdir. 1-ci dərəcəli dövlət qulluqçusudur.

2012 ci ildə İKT də xidmətlərə görə Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin sədridir.

Mənbə: xeberle.com