İşğalçılar Ermənistandan Qarabağa üçüncü yolun çəkilişini anons edir BU DƏFƏ FÜZULİDƏN GORUSA...

İşğalçılar Ermənistandan Qarabağa üçüncü yolun çəkilişini anons edir BU DƏFƏ FÜZULİDƏN GORUSA...

Ermənistandan Azərbaycanın işğal altındakı ərazilərinə üçüncü avtomagistralın çəkilişinə hazırlıq gedir.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin yeni “prezidenti” Araik Arutyunyan iki gün əvvəl işğal altındakı Zəngilan rayonuna baş çəkərkən deyib. Oliqarx və Qarabağda əkin sahələrinin böyük hissəsinə nəzarət edən Arutyunyan Zəngilanda arpa biçinini izləyib. Və onu Ermənistan hökumətinin ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan müşaiyət edib.

Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib.

Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsi isə düşmən ölkənin həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, habelə münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir.

Araik Arutyunyan “seçki kampaniyasında” həmin ərazilərdə məskunlaşma başladacaqlarını vəd edib.

Azərbaycanın bu yol çəkilişinin qarşısını hərbi yolla almaq üçün tamamilə legitim hüquqları var və Bakı Ermənistan rəhbərliyinə bu barədə aydın mesaj vermək üçün hərəkətə keçə bilər.

Virtualaz.org

Mənbə: virtualaz.org