Çin faktları dünyadan gizlədib: “Azı 5 laboratoriyada təsdiqlənmişdi ki...” - HESABAT

Çin faktları dünyadan gizlədib: “Azı 5 laboratoriyada təsdiqlənmişdi ki...” - HESABAT

“Epidemiya başlayandan Çində onun əslində nə oduğunu bilməsələr də, insandan insana keçdiyini artıq bilirdilər".

Cebhe.info xəbər verir ki, müstəqil tibb qrupu olan "Caixin" koronavirsla bağlı araşdırmasında belə qeyd edib.

Həkimlərin fikrincə, Çin bu faktı bilərəkdən gizlədib. Belə ki, minimum 5 Çin laboratoriyası virusun yoluxucu olduğunu təsdiqləyib. Bu, Çinin Ümumdünya Səhiyyə Təşkilatına yeni virusla bağlı məlumat təqdim etməsindən daha əvvəl olub. Hələ dekabr ayında Vuhanda ilk yoluxmalar başlayanda laboratoriyalardan biri bunun yoluxucu olduğuna dair rəy verib. Ancaq Çin tərəfi naməlum səbəbdən bu barədə məlumatları ÜST-dən gizlədib.

Xatırladaq ki, artıq ÜST və ABŞ Çini informasiyanı gizlətməkdə və beləlikə çox sayda insanın ölümündə ittiham edib. Çin isə qətiyyətlə ittihamları rədd edir. Son statistikaya görə, dünyada 7 milyona yaxın insan koronavirusa yoluxub, 402 min nəfər ölüb.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info