Ölkədə 100 mindən çox korona daşıyıcısı var - Paşinyan

Ölkədə 100 mindən çox korona daşıyıcısı var - Paşinyan

Ermənistanda koronavirusa yoluxanların sayı 100 mini keçə bilər.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.

Paşinyan ölkədə koronavirusa yoluxanların artım statistikası ilə bağlı cədvəl də paylaşıb:

“Bu dataloji analiz göstərir ki, hazırda Ermənistanda 100 mindən çox koronavirus daşıyıcısı var”.

Qeyd edək ki, son sutka ərzində Ermənistanda 766 yoluxma hadisəsi qeydə alınıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 13 min 130 nəfərə çatıb.

Mənbə: axar.az