Universitetdən prezidentin qızına QADAĞA: Çıxışı ləğv edildi

Universitetdən prezidentin qızına QADAĞA: Çıxışı ləğv edildi

ABŞ-da fəaliyyət göstərən özəl univeristetlərdən biri prezident Donald Trampın qızı İvankanın məzun törənində planlaşdırılan çıxışını ləğv edib.

Cebhe.info xəbər verir ki, buna səbəb dövlət başçısının qaradərili fəal Corc Floydun öldürülüməsi ilə bağlı başlanan aksiyalara verdiyi təpki olub. Qərarı Vicita Dövlət Universitetinin rəhbərliyi çıxarıb.

Qeyd edək ki, universitet rəhbərliyi sosial şəbəkələrdə İvankanın məzun törənində çıxış edəcəyinə dair bildiriş yayınlamışdı. İzləyicilərdən gələn sərt reaksiya universitet rəhbərliyini qərarını dəyişməyə vadar edib.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info