ABŞ-la Almaniya arasında münasibətlər pisləşir

ABŞ-la Almaniya arasında münasibətlər pisləşir

Almaniyanın Xarici İşlər naziri Hayko Maas Berlin və Vaşinqton arasında münasibətlərin mürəkkəbləşdiyini deyib. Azvision.az -ın məlumatına görə, Almaniya XİN rəhbəri "Bild am Sonntag"a müsahibəsində bildirib ki, ABŞ-ın hərbi qüvvələrinin bir hissəsini Almaniyadan çıxarmaq qərarı ölkələrarası narazılığa səbəb olub.
"Biz transatlantik ittifaqın yaxın tərəfdaşlarıyıq. Ancaq çətindir. ABŞ silahlı qüvvələrinin bir hissəsinin çıxarılması məsələsinə gəldikdə biz bunu nəzərə alacağıq. ABŞ silahlı qüvvələri ilə on illərdir inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Bu, hər iki ölkənin maraqlarına uyğundur", - deyə Maas ABŞ-la mövcud münasibətləri şərh edərkən qeyd edib.
Xatırladaq ki, "Wall Street Journal" nəşri özəl mənbəyə istinadən Prezident Donald Trampın ABŞ hərbi kontingentinin 9,5 min üzvünün Almaniyadan çıxarılması ilə bağlı əmr imzaladığını yazıb. Trampın sərəncamına əsasən, ABŞ-ın bu ölkədəki hərbçilərinin sayı 25 minə qədər azaldılacaq. Hazırda Almaniyada təxminən 35 min Amerika əsgəri var.
Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az