Düşmən Qarabağda mühəndis qurğuları və  video-müşahidə sistemlərini möhkəmləndirir…

Düşmən Qarabağda mühəndis qurğuları və  video-müşahidə sistemlərini möhkəmləndirir…

Azərbaycan Respublikasının işğal atındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə naziri” adlanan general-mayor Calal Arutyunyan ad-soyadlı məxluq şənbə günü “hərbi şura”nın iclasını keçirib.

Moderator.az xəbər verir ki, qanunsuz “müdafiə” qurumunun saytının yaydığı məlumata görə, iclasda “döyüş hazırlığının səmərəliliyinin artırılması və video-müşahidə sistemlərinin təkmilləşdirilməsi, mühəndis təminatı, mərkəzləşdirilmiş ərazilərin müdafiəsi, hərbi hissələrin hərəkətinin təmin edilməsi və digər bu kimi mövzulara toxunulub. Gündəlikdəki bütün məsələlər də müzakirə edilib və bütün sahələrdə işin yaxşılaşdırılması yolları nəzərdən keçirilib.

Hərbi Şuranın iclasında «müdafiə ordusu” komandan müavinləri, müvafiq kadr bölmələrinin rəisləri, hərbi hissələrin komandirləri və onların müavinləri iştirak ediblər.

Sultan Laçın

Mənbə: moderator.az